BAKI, 19 aprel. TELEQRAF

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs gələn həftə Britaniyanın tarif təklifini təqdim etmək üçün ABŞ-yə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.

"Britaniya rəsmiləri amerikalı həmkarlarına polad, alüminium və avtomobillərə daha aşağı rüsumları özündə əks etdirən saziş layihəsini təqdim ediblər. Mənbələr bunun əczaçılıq məhsullarını əhatə etmədiyini bildirir", - nəşr qeyd edib.

Məlumata görə, britaniyalı nazir ABŞ maliyyə naziri Skott Bessent ilə danışıqlara qatılacaq. O, Britaniya sənayesinin avtomobil, polad və əczaçılıq sektorlarında maraqlarını təşviq edəcək.

Həmçinin bildirilir ki, London və Vaşinqton arasında daha geniş sövdələşmə hazırlana bilər.