BAKI, 13 aprel. TELEQRAF

ABŞ administrasiyası smartfon, kompüter və digər elektronika tədarükünü müvəqqəti olaraq qarşılıqlı gömrük rüsumlarından azad edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik "ABC" telekanalına müsahibəsində bildirib.

“Bütün bu mallar yarımkeçiricilər kateqoriyasına düşəcək və onlar üçün xüsusi tariflər müəyyən ediləcək", - Latnik bildirib.

O qeyd edib ki, “bir-iki ay” ərzində onlara ayrı-ayrı sənaye tarifləri tətbiq etmək planlaşdırılır.