
BAKI, 13 aprel. TELEQRAF
Böyük Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın "ticarət müharibəsi" fonunda yerli şirkətlərə dəstək məqsədilə elektrik avtomobil akkumulyatorlarından tutmuş meyvə şirələrinə qədər 89 məhsulun idxal rüsumunu ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Telegraph" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, idxal rüsumlarının ləğvi 2027-ci ilin iyul ayına qədər qüvvədə olacaq. Bildirilir ki, rüsumların ləğvi şirkətlərə ildə təxminən 17 milyon funt-sterlinq (22 milyon dollar) qənaət etməyə imkan verəcək.