BAKI, 24 mart. TELEQRAF

ABŞ nümayəndə heyətinin Qrenlandiyaya səfəri yerli siyasətçilərin kəskin tənqidinə səbəb olub və onlar Vaşinqtonu ada sakinlərinə hörmətsizlikdə ittiham ediblər.

Teleqraf xəbər verir ki, bunu Demokrat Partiyasının sədri Yens-Frederik Nilsen “Sermitsiaq” nəşrinə müsahibəsində deyib.

“Amerikalılar bilirlər ki, biz danışıqlar aparırıq və bələdiyyə seçkiləri bitməyib, amma hər halda gəliblər. Bu, Qrenlandiyalılara hörmətsizlikdir" - siyasətçi vurğulayıb.

Baş nazir vəzifəsini tərk edən Müte Egede də onu dəstəkləyərək, səfəri siyasi sabitliyi pozmağa yönəlmiş “təxribat” adlandırıb.