BAKI, 23 mart. TELEQRAF

Ottava Vaşinqtonla ABŞ Prezidenti Donald Trampın Kanadanın suverenliyini tanıması şərti ilə danışıqlara başlamağa hazırdır.

Teleqraf xəbər verir ki, bunu ölkənin Baş naziri Mark Karni bildirib.

Karni vurğulayıb ki, Ottava və Vaşinqton arasında daha geniş müzakirə baş verməzdən əvvəl Tramp Kanadanın suverenliyini təsdiq etməli və onu qəbul etməlidir.