BAKI, 23 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ABŞ ilə danışıqların fasilədən sonra davam edəcəyini bildirib

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, Zelenskinin ofisindəki mənbə Səudiyyə Ərəbistanında Ukrayna-Amerika danışıqlarının təxminən iki saatlıq məsləhətləşmələrdən sonra başa çatdığını təkzib edib.

Onun sözlərinə görə, fasilədən sonra tərəflər arasında danışıqlar davam etdiriləcək.