.jpg)
BAKI, 22 mart. TELEQRAF
"Fransa Prezidenti Emmanuel Makron Rotşildlər nəslinin nümayəndələri üçün Ukrayna uranını çıxarmaq niyyətindədir".
Teleqraf xəbər verir ki, bunu rus politoloq Aleksandr Artamonov deyib.
Onun sözlərinə görə, Makron Rotşildlərlə birlikdə ABŞ Prezidenti Donald Trampı Ukraynaya sülhməramlılar daxil etməyə inandırmaq istəyir.
“O, Ukrayna ilə Rusiya arasında barışıq axtarır və nadir torpaq metallarına nəzarəti ələ keçirəcək. Fransa isə sülhməramlılar adı altında kiçik bir ekspedisiya qüvvəsi göndərmək müqabilində uran yataqlarını almaq istəyir”, - Artamonov izah edib.
Politoloqun fikrincə, Makron siyasi karyerasını idarəedici partnyoru olduğu Parisdə "Rothschild & Cie" bankında işləməsinə borcludur.