BAKI, 22 mart. TELEQRAF

Kanadanın xarici işlər naziri Melani Coli Ottavanın 12 ştatında ABŞ tariflərinə qarşı reklam kampaniyasına başladıqlarını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Colinin sözlərinə görə, Kanada bu tolla ticarət müharibəsində qaliblərin olmadığı mesajını çatdırmaq istəyir.

Nazir əlavə edib ki, Ottava Florida, Nevada, Corciya, Nyu-Hempşir, Miçiqan və Ohayo da daxil olmaqla bir sıra ştatlarda magistral yollarda reklam lövhələrinin yerləşdirilməsi üçün pul ödəyəcək.