.jpg)
BAKI, 21 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-yə qoşulmalı olduğunu bir daha bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Onlar ştat olmalıdır deyəndə, bunu nəzərdə tuturam", - Amerika lideri vurğulayıb.
Trampın sözlərinə görə, Kanada gözəl ştat ola bilər.
ABŞ prezidenti onu da qeyd edib ki, Kanada hakimiyyətinin ölkəni müdafiə etməyə artıq gücü çatmır.