
BAKI, 20 mart. TELEQRAF
Fransa Prezidenti Emanuel Makronun Ukraynadakı münaqişənin həlli ilə bağlı təşəbbüsləri onu ABŞ Prezidenti Donald Trampla toqquşmaya aparır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Son həftələrdə Tramp atəşkəsin tez bir zamanda əldə olunmasına israr etdiyi halda, Makron 30-dan çox ölkənin müdafiə nazirlərini qəbul edib. O, Britaniyanın Baş naziri Kir Starmerlə birlikdə Kiyevə hərbi dəstək verməyə hazır olan 37 ölkənin nümayəndələrini toplamağı planlaşdırır.
Agentliyin məlumatına görə, Makronun Ağ Ev-lə münasibətləri gücləndirmək cəhdləri hazırda ciddi maneələrlə üzləşir.
Xatırladaq ki, daha əvvəl Makron televiziya çıxışında Fransa tərəfindən Ukraynanı dəstəkləyən ölkələrin Baş Qərargah rəislərinin görüşünün təşkil ediləcəyini bildirib.
Görüşdə Avropa hərbi kontingentinin Ukraynada yerləşdirilməsi məsələsi müzakirə ediləcək.