
BAKI, 20 mart. TELEQRAF
Ukrayna beynəlxalq tərəfdaşlarından əlavə F-16 qırıcıları əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla apardığı danışıqların yekunlarına dair brifinq zamanı açıqlama verib.
"Əlavə F-16-lar Ukraynaya çatıb, bu, yaxşı xəbərdir", - dövlət başçısı bildirib.
Qırıcıların tam işlək vəziyyətdə olduğu vurğulanıb.
Zelenski təyyarələrin sayı və onları göndərən ölkə barədə məlumat verməyib.