BAKI, 20 mart. TELEQRAF

Rusiyanın Federal Məhkəmə icraçıları "Google" şirkətinin 8 milyard rubldan çox cəriməni ödəməsini təmin ediblər.

Teleqraf xəbər verir ki, bu barədə inzibati işin materiallarında deyilir.

Məlumata görə, Moskva məhkəməsinin "Google"a əvvəllər tətbiq etdiyi cərimələr ödənilmədiyi üçün şirkət 8 milyard rubldan çox inzibati cərimə olunmuşdu.

Sonuncu məhkəmə qərarından 60 gün sonra Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti vəsaitin bir hissəsini şirkətdən ala biliblər.