BAKI, 20 mart. TELEQRAF

Fransa Respublika Qvardiyasının üzvlərini daşıyan 4 avtobus İvelin departamentində qəzaya uğrayıblar.

Teleqraf "BFMTV" kanalına istinadən xəbər verir ki, nəticədə 30-dan çox insan xəsarət alıb.

İlkin məlumatlara görə, toqquşma avtobusların getdiyi yola çıxmaq istəyən minik avtomobilinin sürücüsünün günahı ucbatından baş verib.

Avtobuslarda ümumilikdə 119 nəfər olub, onlardan 35-i yüngül xəsarət alıb. Bir nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə 40-dan çox xilasedici gəlib, avtomobil yolunun bir neçə hərəkət zolağı bağlanıb.