
BAKI, 18 mart. TELEQRAF
Kanadanın ən qədim şirkəti, 1670-ci ildə əsası qoyulan "Hudson's Bay Company" iflas etdiyini elan edib.
Teleqraf xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.
Bildirilir ki, şirkət icarə haqqını və işçilərin əmək haqqını ödəməkdə problem yaşayır.
Mütəxəssislərin fikrincə, "Hudson's Bay Company" istehlakçıların alış-veriş vərdişlərinin dəyişməsi səbəbindən iflas edib. Şirkətin restrukturizasiya planı bəzi mağazaların bağlanmasını və dövriyyənin azaldılmasını nəzərdə tutur.
Şirkət 1670-ci ildə Şimali Amerikada xəz dəri ticarəti üçün yaradılıb.