
BAKI, 2 mart. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə səmimi görüş əhəmiyyətli idi.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegam" kanalında yazıb.
"Biz bu gün Ukraynanın və bütün Avropanın üzləşdiyi çağırışları, tərəfdaşlarla koordinasiyanı, Ukraynanın mövqeyini möhkəmləndirmək və müharibəni ədalətli sülhlə bitirmək üçün konkret addımları və etibarlı təhlükəsizlik təminatlarını müzakirə etdik", - Zelenski qeyd edib.
O bildirib ki, görüş zamanı Ukrayna ilə Böyük Britaniya arasında kredit sazişi imzalanıb.
"Kredit dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək. Bu ədalətlidir, müharibəni başlayan da ödəməlidir", - Ukrayna lideri vurğulayıb.
Volodimir Zelenski bir daha dəstəyə görə Böyük Britaniya hökumətinə və xalqına təşəkkür edib.