BAKI, 2 mart. TELEQRAF
Ukrayna və Böyük Britaniya Kiyevin müdafiə ehtiyacları üçün 2,6 milyard funt sterlinq (3,2 milyard dollar) məbləğində kreditlə bağlı saziş imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə "SKY news" telekanalı məlumat yayıb.
Sazişi Ukraynanın maliyyə naziri Serqiy Marçenko və Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz imzalayıblar.
Onlayn şəkildə keçirilən imzalanma mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Key Starmer də iştirak ediblər.
Bildirilir ki, kredit Rusiya aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcək.