
BAKI, 17 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ər-Riyadda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə yerli "SPA" xəbər agentliyi məlumat yayıb.
Agentlik görüşün təfərrüatını açıqlamayıb.
Bundan əvvəl ABŞ dövlət katibi səudiyyəli həmkarı şahzadə Feysəl bin Fərhanla görüşüb.
Səudiyyə Xarici İşlər Nazirliyi bildirb ki, Rubio və şahzadə ikitərəfli əlaqələri müzakirə edib, regional və beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparıblar.