BAKI, 17 fevral. TELEQRAF

"Google" xəritə xidmətində "Amerika körfəzi" adından istifadəyə davam edərsə, Meksika hökuməti qanuni tədbirlər görəcək".

Teleqraf xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib.

O vurğulayıb ki, "Google"un ABŞ-nin qərarına uyğun olaraq, Meksika və Kubanın toponimlərinin adını dəyişmək hüququ yoxdur.

Xatırladaq ki, fevralın 11-dən sonra "Google" Meksika körfəzini "Amerika körfəzi" adlandırıb.