
BAKI, 16 fevral. TELEQRAF
"Britaniya ABŞ və Avropanın müttəfiq olaraq qalmasını təmin etməyə çalışacaq".
Teleqraf "BBC"yə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Keir Starmer deyib.
"Hər iki tərəf NATO ittifaqı daxilində hər hansı fikir ayrılığının xarici təhdidlərdən yayındırmasına icazə verə bilməz", - Starmer vurğulayıb.