BAKI, 16 fevral. TELEQRAF

Ukrayna Səudiyyə Ərəbistanındakı danışıqlara dəvət edilməyib.

Teleqraf xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində "Fox News"un jurnalisti Nana Sajaia paylaşım edib.

Bu barədə ona yüksək rütbəli ukraynalı rəsmi məlumat verib. Ukrayna rəsmisi Kiyev tərəfinin görüşə dəvət edilmədiyini və qarşıdan gələn danışıqlarla bağlı məlumatsız olduğunu açıqlayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, heç kim Kiyevi görüşün keçiriləcəyi Səudiyyə Ərəbistanına dəvət etməyib.