
BAKI, 16 fevral. TELEQRAF
ABŞ-nin yüksək rütbəli rəsmiləri Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına səfər ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “The Politiсo” nəşri ABŞ-dəki mənbələrə istinadən yazır.
Bildirilir ki, görüşdə ABŞ-ni dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff təmsil edəcəklər.
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu danışıqlarda iştirak etməyəcək. Mənbələr bildirir ki, Avropa İttifaqının əsas ölkələrindən də nümayəndələrin dəvət edilməsi planlaşdırılmır.