BAKI, 15 fevral. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələri liderlərini Ukraynadakı vəziyyətlə bağlı toplantıya dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.

O, Parisdə keçiriləcək danışıqların fevralın 16-na planlaşdırıldığını vurğulayıb.

O əlavə edib ki, Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı planlarına cavab verməlidir.