BAKI, 14 fevral. TELEQRAF

Ukrayna gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparmağı planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat yayıb.

"Ukrayna tərəfi gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar keçirməyi hələ planlaşdırmır”,- məlumatda deyilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında görüş keçirəcəyini elan etmişdi.