![](https://teleqraf.az/storage/2025/02/11/715x378/meksika-amerika_korfezi.png)
BAKI, 11 fevral. TELEQRAF
“Google” Meksika körfəzini Amerika körfəzi kimi təqdim etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkət açıqlama verib.
“ ABŞ-də "Google Maps"dən istifadə edənlər bu körfəzi "Amerika körfəzi", Meksikada olanlar "Meksika körfəzi" kimi görəcək, Dünyanın digər yerlərindən xəritəyə baxanlar üçün də bu körfəz "Meksika körfəzi" kimi görünəcək, "Amerika körfəzi" ifadəsi isə mörtərizədə veriləcək”,- açıqlamada deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.