
BAKI, 8 fevral. TELEQRAF
Pentaqonun yeni rəhbəri Pit Heqset fevralın 10-da Avropa səfərinə başlayacaq. O, Almaniya, Belçika və Polşaya gedəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Heqset həftəlik səfər zamanı ordunun dəstəklənməsi və Amerikanın milli təhlükəsizlik maraqlarının inkişaf etdirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.
Almaniyada Pentaqon rəhbəri ABŞ-nin Avropa və Afrika komandanlıqlarının qərargahına baş çəkəcək, daha sonra Belçikaya gedəcək. Brüsseldə o, NATO müttəfiqlərinin müdafiə xərclərini artırmaq zərurətini müzakirə etmək niyyətindədir. Polşada isə yerli liderlərlə görüşərək müdafiə sektorunda əməkdaşlığı müzakirə edəcək.