Moskvanın qərbində, Kastanaevskaya küçəsində bir nəfəri güllələməkdə və adam oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, məlumatı RF Daxili İşlər Nazirliyinin Baş İdarəsi yayıb.

Saxlanılan şəxslərin 1998 və 2001-ci il təvəllüdlü olduqları bildirilsə də, onların adıları hələlik açıqlanmır.

Xəbərdə o da deyilir ki, zərərçəkənin həyatı üçün təhlükə yoxdur.

***

03.34

Moskvadakı atışmanın səbəbləri məlum olub.

Teleqraf.com xəbər verir ki, münaqişəyə səbəb əcnəbi markalı avtomobil olub.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, zərərçəkən, 2003-cü il təvəllüdlü İslam Xuşalayev avtomobil alıb, amma maşın valideynlərinin xoşuna gəlməyib. Bundan sonra o, satıcıya zəng vurub və ona görüş təyin edib. Amma bu zaman Xuşalayevi oğurlayıblar.

İslamın oğurlanması videomüşahidə kameralarına düşüb. Satıcı hətta tapança çıxararaq, ona atəş də aşıb.

Hadisə ilə bağıl araşdırma aparılır, cani(lər)nin tutulması üçün əməliyyat planı hazırlanır.

***

23.40

Moskvanın qərbindəki atışma zamanı travmatik tapançadan atəş açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat verib.

Atışma Kastanaevskaya küçəsində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, “Hyundai” və “Mercedes” markalı avtomobillərdə vətəndaşlar arasında atışma baş verib, nəticədə “Mercedes”in sürücüsü və sərnişinləri hadisə yerindən qaçıblar.

Polis hadisənin bütün iştirakçılarının tapılaraq saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirir.

***

22.50

Moskvanın qərbində atışma hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, naməlum şəxslər atəş açıb, daha sonra avtomobilə minib qaçıblar.

Bu barədə "TASS" hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

Xəbərdə deyilir: "Hadisə Filevski parkının yaxınlığında baş verib. İlkin məlumata görə, naməlum şəxslər atəş açıb, daha sonra nömrəsiz avtomobillə qaçıblar".

Hadisə ilə bağlı araşdırma aparılır.