Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Novoandriyevka qəsəbəsini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

“Düşmən Novoandriyevkanı işğal edib, həmçinin Nelipivka, Kotline və Şevçenko yaxınlığında irəliləyib”, - məlumatda deyilir.

Ukrayna qüvvələri də Donetsk vilayətinin Udaçne yaşayış məntəqəsi yaxınlığındakı mövqeləri bərpa ediblər.