
İki “Oskar” mükafatı laureatı Hans Zimmer Səudiyyə Ərəbistanı himninin yeni versiyasının müəllifi olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əyləncə baş idarəsinin sədri Turki Əl əş-Şeyx "X" sosial şəbəkəsində məlumat verib.
Turki Əl əş-Şeyx alman film bəstəkarı ilə fotosunu paylaşaraq onu zəmanəmizin ən böyük musiqiçilərindən biri adlandırıb.
“Gələcək layihələr haqqında çox müzakirə etdik. Yeni layihələrin arasında Səudiyyə Ərəbistanının milli himninin yeni versiyasının yaradılması da var”, - Əş-şeyx deyib.
Əl-Şeyxin sözlərinə görə, Zimmer dövlətin mədəni irsindən ilhamlanaraq “Ərəbistan” adlı orijinal əsərin hazırlanmasında iştirak edəcək.