Moldova bir sıra aviaşirkətlərin ölkəyə girişini qadağan etmək istəyir.

Teleqraf.com xəbər verir ki, siyahıda 20-dən çox dövlət var.

Onlar arasında Ermənistan, Rusiya, Əfqanıstan, Qırğızıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan və s. ölkələr yer alıb.

Moldovanın İnfrastruktur və Ərazi İnkişafı Nazirliyi qanun layihəsinə yanvarın 9-dək baxılmasını təklif edib. Qərarın məqsədinin milli qanunvericiliyin Avropa İttifaqının aviasiya standartlarına uyğunlaşdırılması olduğu bildirilir.

Layihənin ictimai müzakirəsi 2025-ci il yanvarın 9-dək davam edəcək.