"Suriya hökuməti Ukrayna ilə tərəfdaşlıq əlaqələri qurmaq istəyir".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Suriyada yeni hökumətin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Dəməşqə səfəri zamanı deyib.

“Bizimlə Ukrayna arasında siyasi, iqtisadi və sosial səviyyələrdə strateji tərəfdaşlıqlar, eləcə də elmi tərəfdaşlıqlar olacaq”, - Şibani bildirib.

Qeyd olunur ki, Sibiqa Ukraynadan Suriyaya taxıl tədarükü məsələsini hakimiyyətə gələn “Həyat Təhrir əş-Şam” qruplaşmasının lideri Əhməd əl-Şaraa ilə də müzakirə edib.