Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonla danışıqlar aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Danışıqlar Leninqrad vilayətindəki İqora kurortunda aparılır;İki ölkə başçısının siyasi, ticarət-iqtisadi, hərbi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın əsas istiqamətlərini müzakirə etdiyi bildirilir.

Görüş zamanı regional problemlərə, o cümlədən Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetirilib.