Haiti Baş naziri Qari Konil vəzifəyə başlamasından altı aydan az müddət sonra İdarəetmə Şurası tərəfindən vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, müvafiq fərmanı qurumun 9 üzvündən 8-i imzalayıb.

Başqa bir qərarla iş adamı, Haiti Senatının keçmiş üzvü Aleks Didye Fis-Emi Konilin yerinə təyin edilib.

Hazırda Haitidə nə prezident, nə də parlament var.

Konstitusiyaya görə, yalnız parlament vəzifədə olan baş naziri istefaya göndərə bilər.