ABŞ prezidenti Co Bayden Rusiyadan ABŞ-a uran idxalını qadağan edən qanunu imzalayıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

İmzalanmış sənədə əsasən, ABŞ Rusiyada və ya Rusiya şirkətləri tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edəcək.