Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.

AFAD-ın məlumatına görə, təbiət hadisəsi Bakı vaxtı ilə 21:20-də qeydə alınıb.