Ukrayna müharibəsində Kiyevə dəstək üçün tanklar göndərməyi planlaşdıran Makron Qərbi Afrikadan gələn xəbərlə sarsılıb.
Teleqraf.com xəbər verir ki, Parisi şoka salan məlumat Burkina Fasodan gəlib.
Fransaya qarşı əhval-ruhiyyənin artdığı ölkədə 2018-ci ildə Parislə imzalanmış hərbi müqaviləyə xitam verildiyi və Fransa hərbçilərinə ölkəni tərk etmələri üçün 1 ay vaxt elan ediliyini açıqlayıb.
Burkina Fasonun milli yayım şirkəti RTB-nin dünyaya elan etdiyi xəbərdən sonra Fransadan reaksiya gəlib.
Fransa prezidenti Makron məsələyə aydınlıq gətirilməli olduğunu vurğulayıb. Fransa lideri Burkina Fasonun yeni xunta liderinin izahatlarını gözlədiyini bildirib.
Qeyd edək ki, Traorenin sentyabrda hakimiyyəti ələ keçirməsindən sonra keçmiş Fransa müstəmləkəsi Burkina Fasoda Fransa əleyhinə əhval-ruhiyyənin artdığına işarə edən beynəlxalq xəbər agentliyi AP son vəziyyətlə bağlı belə bir qiymətləndirmə edib: “Traore digər ölkələrlə, xüsusən də Rusiya ilə işləməyə daha açıqdır”.
Xatırladaq ki, Fransa 2013-cü ildən bəri mövcud olduğu Malidəki mövcudluğunu ötən il dayandırıb. Fransa ordusu 9 illik işğaldan sonra Malini tamamilə tərk edib.