Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar direktoru gündəlik mətbuat brifinqində Amerikanın xarici siyasəti ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Kirbi Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı keçirdiyi əməliyyata toxunub.

ABŞ rəsmisi Türkiyənin terror hücumlarının qurbanı olduğunu vurğulayıb.

“Türkiyənin özünü və sərhədlərini terrordan qorumaq hüququ var”, - Kirbi deyib.

Ağ Ev bundan əvvəl də Türkiyənin terror təşkilatlarına qarşı təşkil etdiyi “Pəncə-Qılınc” əməliyyatına dəstək bəyanatı vermişdi. Con Kirbi Türkiyənin cənub sərhədində terror təhlükəsi ilə üz-üzə olduğunu və özünü müdafiə etmək üçün hər cür haqqı olduğunu bəyan etmişdi.