Akçaqalada terrorçuların hərbi texnikaları partlatması nəticəsində 3 əsgərin şəhid olmasından sonra Türk ordusu terror təşkilatına qarşı əməliyyata start verib.
Teleqraf.com xəbər verir ki, əməliyyatın başladılmasından sonra Türkiyə Milli Müdafiə naziri Hulusi Akar açıqlama verib.
“Cəza əməliyyatları nəticəsində 44 terrorçu zərərsizləşdirilib. Hər hücuma görə, ikiqat cavab veriləcək. Hesabını verəcəklərinə heç kimin şübhəsi olmasın”, - general Akar bəyan edib.