İngiltərə balıqçılıq probleminə görə ötən gün Fransanın bir balıqçı gəmisini saxlayıb. Bəyan edib ki, təhdidlər davam edərsə, sərt reaksiya veriləcək.
Teleqraf.com xəbər verir ki, İngiltərənin ətraf, qida və kənd təsərrüfatı naziri Georgia Eustik Fransanın anlaşmazlıqla bağlı şərhlərinin qəbul edilməz olduğunu açıqlayıb.
Nazir Fransanın İngiltərəyə qarşı hansısa tədbir görməsi halında Londonun da eyni oyunu oynayaraq əhatəli şəkildə cavab vermək imkanlarını açıq saxlayyacağını elan edib.
Qeyd edək ki, iki gün əvvəl Fransanın Avropa Birliyi işləri üzrə naziri Klement Beaune İngiltərə ilə yaşanan balıqçılıq problemi barədə danışarkən deyib ki, güc dilində danışmaq lazımdır, çünki İngilis hökuməti sadəcə bu dildə anlayır.