Fransa Prezidenti Emmanuel Makron 19-cu əsrdə fransız əsgərləri tərəfindən Abomey sarayından talan edilən 26 tarixi əsəri ayın sonuna qədər Beninə geri qaytaracağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Makron Fransada keçirilən Afrika-Fransa zirvə görüşündə çıxışı zamanı deyib.
Qeyd edək ki, tarixi əsərlərin geri qaytarılması üçün Benin Prezidenti Patris Talon 2016-cı ildə müraciət etmiş, Makron 2018-ci ildə qaytarılacağına söz vermişdi.
Beninin UNESCO-dakı Daimi Nümayəndəliyinin məlumatına görə, Fransada Beninə aid 4500-6000 əsər var.
1892-ci ildə Abomey sarayından oğurlanan Kral Behanzin xəzinəsindən olan 26 əsər 2003-cü ildən bəri Parisdəki "Quai Branly-Jacques Chirac" muzeyində sərgilənir.