Almaniya Kansleri Angela Merkelin vəzifədən gedəndən sonra ayda 15 min avro təqaüd alacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Fokus” nəşri məlumat yayıb.

Təqaüdün həcmi Merkelin 2005-ci ildən bəri Bundestaq üzvü və federal kansler də daxil olmaqla, yüksək hökumət vəzifələrində işləməsi ilə əlaqədardır. Hazırda onun maaşı 35 min avrodur.

Merkelə öz ofisini saxlamaq üçün də pul ayrılacaq.

7 il vəzifədə olan keçmiş Almaniya kansleri Gerhard Şrederə ayda 6.5 ​​min avro pensiya və hər il ofisinin saxlanılması üçün yarım milyon avro ödənilir.

Sentyabrın 25-də Almaniyada Bundestaq seçkiləri keçiriləcək. 67 yaşlı Angela Merkel bundan əvvəl siyasətdən getmək istədiyini açıqlayıb.