Böyük Britaniya Avropa Birliyindən rəsmən ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xəbər ölkə əhalisinə "Biq Ben" satının zəngi ilə elan edilib.

Yeni növ koronavirus tədbirləri ilə əlaqədar heç bir tədbir təşkil edilməyib.

Bununla da 1973-cü ildə AB-yə üzv olan və 2020-ci il yanvarın 31-də ittifaqdan çıxdıqdan sonra da Brüsselin qaydalarına tabe olmağa davam edən İngiltərə üçün yeni bir dönəm başlayır. İki tərəf arasında ticarət, səyahət, immiqrasiya, hüquq və təhlükəsizlik kimi mövzularda yeni qaydalar qüvvəyə minib.

Bundan sonra tərəflər 30 dekabr tarixində imzalanmış sərbəst ticarət müqaviləsinə əsasən ticari əlaqələrini davam etdirəcək və İngiltərə AB məhkəmələrinin yurisdiksiyası xaricində qalacaq.