Çinin istehsal etdiyi “Type 001A” adlı ilk aviadaşıyıcı Dalyan şəhər limanını tərk edib və açıq dənizdə ikinci testə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. Gəmi bir neçə yedəyin müşayiəti ilə limanı tərk edib.

Hərbi hərbi ekspert Sun Çjunpinin fikrincə, ikinci sınağın məqsədi birinci dəfə aşkarlanan çatışmazlıqları həll etməkdir. Bundan başqa, test zamanı gəminin naviqasiya sistemlərinin, kommunikasiya vasitələrinin və mühərriklərin xüsusi yoxlaması aparılacaq. Ekspertin fikrincə, göyərtəyə aviasiya vasitələrinin enməsi də daxil olmaqla, aviadaşıyıcını daha bir neçə dəfə sınaqdan keçirmək lazımdır. Bundan sonra daşıyıcı Çin ordusunun ixtiyarına veriləcək.

Çinin Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələri aviadaşıyıcının dənizə çıxmasını hələlik təsdiqləməyib.