BAKI, 5 noyabr. TELEQRAF

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.

Teleqraf xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək kişi voleybolçular arasında Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin matçını idarə edəcək.

Zülfüqarov “Melina Merkouri” arenada baş tutacaq “Olympiacos” (Yunanıstan) və “Guaguas” (İspaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Matçın ikinci hakimi vəzifəsini polşalı Agnieszka Michlic yerinə yetirəcək.