BAKI, 7 iyul. TELEQRAF
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk sosial media hesabında paylaşım edib.
Vitse-spiker Ukraynanın müharibədən təsirlənmiş azyaşlı vətəndaşlarına göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib:
"Azərbaycanlı həmkarlarının təşəbbüsü ilə uşaqların bir müddət də olsa, dinc səmada yaşamaları və reabilitasiya keçmələri üçün yaradılan imkan yüksək qiymətləndirilir".
Qeyd edək ki, iyulun 6-da daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.
Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların ümumi sayı 662-yə çatıb.