BAKI, 30 iyun. TELEQRAF

Azərbaycanda tətbiq ediləcək inteqrasiya olunmuş məlumat idarəetmə sisteminin itkin düşmüş şəxslərin axtarışı və eyniləşdirilməsi prosesini sürətləndirəcəyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ICMP-nin dəstəyi ilə Azərbaycanda yaradılan inteqrasiya olunmuş məlumat idarəetmə sistemi itkin düşmüş şəxslərin axtarışı və eyniləşdirilməsi prosesinin daha səmərəli təşkilinə imkan verəcək, eyni zamanda aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsini gücləndirəcək:

“Yeni sistem gələcəkdə Azərbaycan və Ermənistan arasında itkin düşmüş şəxslərlə bağlı əməkdaşlığın genişlənməsinə də töhfə verə bilər”.