BAKI, 19 iyun. TELEQRAF
Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətlərinin nizamnamələrini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin və “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamələri təsdiq edilib.
Həmçinin Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında” qərarının bəzi müddəaları ləğv olunub.