BAKI, 19 iyun. TELEQRAF
Nazirlər Kabineti Neftçala rayonunda inşa olunacaq günəş elektrik stansiyası ilə bağlı qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 16 aprel 2024-cü il tarixli qərarı ilə Neftçala rayonunun Bankə qəsəbəsində bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddəti daha 1 il uzadılıb.
Sənədə görə, müddətin uzadılması "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunun tələblərinə uyğun həyata keçiriləcək.
Həmçinin tikintiyə icazə verən qurum tikinti icazəsi verildiyi gündən və ya müəyyən olunmuş müddətdə icazə verilmədiyi halda həmin müddət başa çatdıqdan sonra 3 gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.