BAKI, 19 iyun. TELEQRAF
Nazirlər Kabineti “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nda dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na əlavədə yer alan “Azərbaycan Respublikasının enerji balansı” strukturunun 6-cı hissəsinə düzəliş edilib.
Belə ki, həmin hissədə “ötürülməsi” sözü çıxarılıb və “paylanması” sözündən sonra “o cümlədən ötürülməsi” ifadəsi əlavə olunub.
Dəyişiklik enerji balansının tərtibində istilik enerjisinin paylanması və ötürülməsi ilə bağlı məlumatların daha dəqiq əks etdirilməsinə xidmət edir.