BAKI, 12 sentyabr. TELEQRAF
"Pomidordan, xiyardan, göbəlkədən zəhərlənmələr çoxdur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Tahir Rzayev deyib.
O qeyd edib ki, kustar üsulla hazırlanmış kənd təsərrüfatı məhsullarının restoranlara verilməsi sonradan böyük zəhərlənmələrə yol açır: “Burada qaydalar olmalıdır. Eləcə də kimsə kəndliyə deyə bilməz ki, sən istehsal etdiyin balı 10 manata satmalısan. Dövlət bunu həll etməməlidir. Sahibkarı buna heç kim məcbur edə bilməz. Ona görə də bu məsələlərdən danışanda bir qədər diqqətli olmalıyıq”.
Komitə sədri bildirib ki, bazarla istehlakçı arasında problem varsa, bu onların öz günahıdır: “Ətin qiyməti günü-gündən artır. Bu da həmin məsələlərlə bağlıdır. Ağcabədidən, Bərdədən fermerlər özləri ətlik mallarını bazara çıxarda bilər. Yerli bələdiyyələr də bu məsələdə fəal olmalıdır”.