BAKI, 9 sentyabr. TELEQRAF
"Cənubi Qafqazda sülhün bərqərar olunması baxımından Vaşinqton razılaşması olduqca önəmlidir".
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafaraova parlamentin bugünkü xüsusi iclasında deyib.
Onun sözlərinə görə, burada Azərbaycanın iki mühüm şərti öz əksini tapıb ki, bu da ölkəmizin və regionun taleyində mühüm dönüş nöqtəsidir:
"Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin sülh diplomatiyasının və liderliyinin təntənəsidir".